525.Az

Bakıda Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib


 

Bakıda Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib <b style="color:red"></b>

Bakıda 15 İyul – Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümünə həsr olunmuş “İradə bizim, zəfər bizim” adlı tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə

əvvəlcə Azərbaycan və Türkiyəninğ Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib ki, Türkiyə dövlət və millət birliyi ilə 15 iyul çevrilişinə cəhd edən FETÖ terror qruplaşmasına qarşı mübarizəsini hər zaman davam etdirəcək. Səfir bildirib ki, son dövrlərdə təşkilat daxilindən gələn yeni ifşalar da bu qaranlıq və sektaya bənzər quruluşun əsl simasını bir daha açıq şəkildə ortaya qoyub. FETÖ yalnız təbliğatla deyil, gizli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır. 

Diplomat ilk andan etibarən Türkiyə dövlətinin və xalqının yanında olduğunu ifadə edən Prezident İlham Əliyevə və Azərbaycam xalqına minnətdarlığını bildirib.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov isə həmin tarixdə baş verənləri Türkiyə dövlətinin və xalqının qəhrəmanlıq salnaməsi adlandırıb. Bildirib ki, həmin günlər Azərbaycan xalqı ayağa qalxmışdı. Xalq və dövlət birliyi yumruq şəklində birləşdi və bu cəhd iflasa uğradı.

Daha sonra Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın videomüraciəti nümayiş olunub. Ardınca Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar məruzə ilə çıxış edib.

Sonda şəhidlərin ruhuna dualar oxunub, sərgi ilə tanışlıq olub.

Pərvanə Sultanova

 





15.07.2026    çap et  çap et