525.Az

Bu ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib


 

Bu ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib.

525.az bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, bu xidmətlərin 180 minə yaxını "Bakı KOB evi"nin, 90 minə yaxını "Yevlax KOB evi"nin, 2 mindən çoxu bu ilin mart ayında istifadəyə verilmiş "Gəncə KOB evi"nin, 700-ə yaxını "Şuşa KOB evi"nin, 10 mindən çoxu "Xaçmaz KOB evi"nin, 32 mindən çoxu isə "Xaçmaz KOB evi"nin Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən göstərilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, poçt və kommunal xidmətlər və s. üçün müraciət ediblər.

Bu ilin I yarısında KOB evlərində bir sıra yeni xidmətlər də sahibkarların istifadəsinə verilib.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edir.

 





15.07.2026    çap et  çap et