525.Az

Azərbaycanda I yarımildə 230 minə yaxın "ASAN İmza" sertifikatı verilib


 

Azərbaycanda I yarımildə 230 minə yaxın "ASAN İmza" sertifikatı verilib<b style="color:red"></b>

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ümumilikdə 226 804 ədəd "ASAN İmza" elektron imza sertifikatı təqdim edilib.

Bu barədə 525.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.

İlin birinci yarısında "ASAN İmza" sertifikatları 145 061 müraciət əsasında verilib. Bu rəqəm isə bir il öncəki göstəricidən 3,3 % az olub.

"ASAN İmza" elektron imza sertifikatları üç kateqoriyaya bölünür: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları. Fiziki şəxslərə aid olan elektron imza sertifikatları fərdi istifadə məqsədi daşıyır. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti aparan fiziki şəxslər, habelə dövlət qulluqçuları üçün hazırlanmış elektron imza sertifikatları isə kommersiya və ya dövlət qurumunu təmsil etmək və həmin qurumun adından fəaliyyət göstərmək hüququ verir.

Sertifikatların etibarlılıq müddəti 3 ildir.

 





15.07.2026    çap et  çap et