Sabahdan (iyulun 16-dan) etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun Maştağa istiqamətində hərəkət sxemi dəyişdirilir.
525.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, marşrut Maştağa istiqamətində Əhməd Rəcəbli küçəsi, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Heydər Əliyev prospektinin kənar yolu, Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti və yenidən Heydər Əliyev prospektinin kənar yolu ilə hərəkət edəcək.
Bildirilib ki, marşrut göstərilən hissədən sonra hərəkətini əvvəlki sxem üzrə davam etdirəcək.
çap et