525.Az

Azərbaycanda 1 vəkil kollegiyadan xaric olunub, 4-ü cərimələnib


 

Azərbaycanda 1 vəkil kollegiyadan xaric olunub, 4-ü cərimələnib<b style="color:red"></b>

Azərbaycanda intizam pozuntularına yol verən vəkillər cəzalandırılıb.

525.az-a Vəkillər Kollegiyasından verilən məlumata görə, bu barədə kollegiyanın Rəyasət Heyətinin iclası zamanı qərar qəbul olunub.

Belə ki, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Həmçinin iclas zamanı Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritet istiqamətlər barədə ətraflı məlumat verib.

 





15.07.2026    çap et  çap et