Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 430 milyon 833 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə 525.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 4 milyard 105 milyon 156,48 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin ilk 6 ayı ilə müqayisədə 0,5 % çox, dəyəri isə 9,6 % azdır.
2026-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 25,15% olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
çap et