525.Az

Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu


 

Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu<b style="color:red"></b>

"Kəpəz"dən ayrılan Ehtiram Şahverdiyevin yeni klubu müəyyənləşib.

525.az xəbər verir ki, o, "Səbail"ə keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Xatırladaq ki, Ehtiram Şahverdiyevin son klubu "Kəpəz" olub. O, 2023-2026-cı illərdə bu komandada oynayıb. Həmçinin Şahverdiyev karyerası ərzində "Turan Tovuz", "Qəbələ" və "Sumqayıt"ın da formasını geyinib.

 





15.07.2026    çap et  çap et