525.Az

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb


 

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb<b style="color:red"></b>

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb.

525.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

 





15.07.2026    çap et  çap et