525.Az

İsrail-Livan danışıqlar məhsuldar keçib - KİV


 

İsrail-Livan danışıqlar məhsuldar keçib - <b style="color:red"> KİV</b>

İsrail və Livan nümayəndələri arasında Romada keçirilən danışıqlar məhsuldar olub.

525.az xəbər verir ki, bu barədə Ynet nəşri məlumat yayıb.

Qeyd olunub ki, görüş iki pilot zonasının yaradılması barədə razılaşma ilə başa çatıb. Onlardan biri İsrailin nəzarəti altındadır, digəri isə yaxınlıqda, həmçinin Livanın cənubundadır.

“İki ölkənin hərbi nümayəndə heyətlərinin əlavə müzakirələr üçün görüşü daha sonra keçiriləcək. Danışıqların tarixi və yeri hələ müəyyən edilməyib", - deyə Livan mənbəsi bildirib.

Tərəflər İsrailin Livan ordusunun nəzarətinə qaytaracağı əraziləri əhatə edəcək "pilot zonalar"ın müəyyənləşdirilməsi üçün əlavə detalların razılaşdırılması barədə razılığa gəliblər. Bu məqsədlərə tezliklə nail olunması gözlənilir.

Pərvanə Sultanova

 





15.07.2026    çap et  çap et