525.Az

Tarixi qərar - bir ölkə üçün iki paytaxt


 

Tarixi qərar - <b style="color:red"> bir ölkə üçün iki paytaxt</b>

Zəlzələ və böyük fəlakət ssenariləri hökumətləri fövqəladə addımlar atmağa məcbur edir.

525.az xəbər verir ki, dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiya mümkün fəlakət halında qüvvəyə minəcək "ikinci paytaxt" planını həyata keçirmək üçün addımlar atır.

Bu barədə “Kyodo News” məlumat yayıb. Bildirilib ki, Yaponiya Nümayəndələr Palatası Tokionun fəlakət və fövqəladə hallarda əsas funksiyalarını qoruyub saxlaya biləcək ehtiyat "ikinci paytaxt"ın yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Hakim Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyası (JIP) tərəfindən təqdim edilən qanun layihəsi, Baş nazirə əhali və iqtisadi ölçü kimi amilləri nəzərə alaraq ehtiyat paytaxt müəyyən etməyə imkan verəcək.

Qanun layihəsinə görə, Baş nazir bölgələrdən gələn müraciətlər arasından ikinci paytaxt kimi istifadə ediləcək şəhəri müəyyən edə biləcək.

İbrahim Cəfərov

 





16.07.2026    çap et  çap et