525.Az

Kərbəla ziyarəti zamanı faciə - 10 ölü, 12 yaralı


 

Kərbəla ziyarəti zamanı faciə - <b style="color:red"> 10 ölü, 12 yaralı</b>

İraqda Ərbəin ziyarəti çərçivəsində Bəsrədən Kərbəlaya gedən bir qrup zəvvarın üzərinə nəqliyyat vasitəsi çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə nəticəsində 10 nəfər ölüb, 12 nəfər yaralanıb.

Qəza yerli vaxtla səhər saat 03:00 radələrində Bəsrənin şimal-şərqindəki Harisa rayonundan keçən əsas yolda baş verib.

Yerli mənbələr qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsünün sərxoş olduğunu iddia edib.

Qəzadan sonra yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Təhlükəsizlik qüvvələri ərazidə araşdırmaya başlayıb.

İbrahim Cəfərov

 





16.07.2026    çap et  çap et