525.Az

Azərbaycan millisi İngiltərəyə qalib gəldi


 

Azərbaycan millisi İngiltərəyə qalib gəldi<b style="color:red"></b>

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.

525.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.

 





16.07.2026    çap et  çap et