525.Az

Azərbaycanda I yarımildə "yaşıl enerji" istehsalı 2,8 milyard kVt/st olub


 

Azərbaycanda I yarımildə "yaşıl enerji" istehsalı 2,8 milyard kVt/st olub<b style="color:red"></b>

Bu ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 13 milyard 388,6 milyon kVt/st olub.

Bu barədə 525.az-a Energetika Nazirliyindən məlumta verilib.

Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.

Bildirilib ki, bu dövrdə istilik elektrik stansiyalrında (İES) 10 milyard 594,9 milyon kVt/st (- 8 %), su elektrik stansiyalarında (SES) 1 milyard 891,7 milyon kVt/st (+1,7 %), digər mənbələr üzrə isə 902 milyon kVt/st (+ 2 dəfə), o cümlədən külək elektrik stansiyalarında 475,7 milyon kVt/st (+ 22,7 dəfə), günəş elektrik stansiyalarında 282,7 milyon kVt/st (- 10,1 %), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 milyon kVt/st (+6,8 %) elektrik enerjisi istehsal edilib.

Ümumilikdə SES-lər daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 463,1 milyon kVt/st artımla 2 milyard 793,7 milyon kVt/st (+ 20 %) təşkil edib.

Yanvar-iyun ayları üzrə elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 11 milyard 479,5 milyon kVt/st (- 6,8 %). "Azərenerji" üzrə İES-lərdə 9 milyard 568,9 milyon kVt/st (- 6,8 %), SES-lərdə 1 milyard 883,2 milyon kVt/st (+ 10,1 %), GES-lərdə 27,4 milyon kVt/st (-10,7 %) elektrik enerjisi istehsal olunub.

"Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 14 milyon kVt/st (- 4,1 %), müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 895,1 milyon kVt/st (+ 25,4 %) təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 241,2 milyon kVt/st (- 66 %), idxalı isə 113,1 milyon kVt/st (+ 39,5 %) olub.

 





16.07.2026    çap et  çap et