525.Az

"Onlar bunu imtahanın çətin olması kimi qiymətləndirirlər" - Təhsil eksperti


 

"Onlar bunu imtahanın çətin olması kimi qiymətləndirirlər" - <b style="color:red">Təhsil eksperti</b>

"Müşahidələr göstərir ki, ikinci cəhddə abituriyentlər həm psixoloji, həm də fiziki baxımdan daha çox yorulurlar. Bundan əlavə, bəzi namizədlər ilk cəhddə əldə etdikləri nəticəyə arxayın olduqları üçün ikinci imtahana əvvəlki qədər ciddi hazırlaşmırlar. Nəticədə, bəziləri ballarını cəmi bir-iki bal artıra bilir, hətta aşağı nəticə göstərənlər də olur". 

Bunu təhsil eksperti Elçin Əfəndi 525.az-a bildirib. Ekspert qeyd edib ki,  məqsədyönlü şəkildə hazırlaşan abituriyentlər arasında nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıranlar da var:

"Əslində isə imtahan suallarının çətinlik səviyyəsi birinci cəhdlə müqayisədə ciddi şəkildə fərqlənmir. Sadəcə, ikinci cəhddə hazırlıq səviyyəsinin zəifləməsi və yorğunluq amili səbəbindən eyni səviyyəli suallar abituriyentlərə daha çətin görünür və onlar da bunu imtahanın çətin olması kimi qiymətləndirirlər".

Sevinc Qarayeva 

 





16.07.2026    çap et  çap et