525.Az

Dollarla avronun ucuzlaşması davam edir


 

Dollarla avronun ucuzlaşması davam edir<b style="color:red"></b>

Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 12-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0489 manat səviyyəsində müəyyən edilib. Bu martın 10-da olan məzənnədən 0,0003 manat və ya 0,03% azdır.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0185 manat və ya 1,65% ucuzlaşaraq 1,1023 manat olub.

 





12.03.2015    çap et  çap et