525.Az

Naxçıvanın xarici ticarət dövriyyəsi 23 faizə yaxın artıb


 

Naxçıvanın xarici ticarət dövriyyəsi 23 faizə yaxın artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 70,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə 525.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,5 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 6,7 milyon ABŞ dolları ixracın, 63,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,4 %, idxal isə 23,4 % artıb.

Son nəticədə xarici ticarətdə 57,1 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 23,1 % çoxdur.

 





16.07.2026    çap et  çap et