Pakistan ABŞ və İranı zorakılığı dayandırmağa və ötən ay imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsaslanan danışıqları bərpa etməyə bir daha çağırıb.
525.az xəbər verir ki, bu barədə France24-ə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tahir Andrabi deyib.
"Qarşılıqlı anlaşma memorandumunun icrasında müəyyən çətinliklər yaransa da, Pakistan bütün tərəfləri zorakılığı dayandırmağa və memorandumun müddəalarına uyğun olaraq texniki səviyyədə danışıqların bərpasına çağırmağa davam edəcək", – o bildirib.
O əlavə edib ki, son günlər ABŞ və İran İslamabad memorandumunun müddəalarından geri çəkilərək yenidən qarşılıqlı zərbələr endirirlər.
Pərvanə Sultanova
çap et