525.Az

Moldova 2030-cu ilə qədər Aİ-nin üzvü olmaq istəyir


 

Moldova 2030-cu ilə qədər Aİ-nin üzvü olmaq istəyir<b style="color:red"></b>

“Moldova 2030-cu ilə qədər Avropa İttifaqına qoşulmaq niyyətindədir. Bu məqsədlə yayın sonunadək Brüssel ilə bütün danışıq kanallarını açmağa çalışacaq”.

525.az xəbər verir ki, bunu ölkə parlamentin sədri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının lideri İqor Qrosu deyib.

"Avropalı tərəfdaşlarımızı bu yayın sonuna qədər danışıqların bütün altı klasterinin açılmasına layiq olduğumuza inandırmağa davam edirik”, - spiker bildirib.

Əlavə edib ki, Moldova "2030-cu ilə qədər icmanın üzvü olmaq üçün Avropa İttifaqı ilə danışıqları 2028-ci ilədək başa çatdırmalıdır. Onun sözlərinə görə, ölkənin daha dörd danışıqlar klasteri açması lazımdır və Kişinyov artıq bu proseslər üçün texniki hazırlıqlara başlayıb.

Pərvanə Sultanova

 





16.07.2026    çap et  çap et