525.Az

Si Cinpin və Tokayev Şanxayda görüşüblər


 

Si Cinpin və Tokayev Şanxayda görüşüblər<b style="color:red"></b>

Çin Sədri Si Cinpin Şanxayda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

525.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Liderlər Süni İntellekt üzrə Ümumdünya Konfransı çərçivəsində bir araya gəliblər.

Görüşün təfərrüatları hələ açıqlanmayıb.

Qeyd edək ki, Tokayevin Şanxaya işgüzar səfəri zamanı 15 milyard dollardan çox dəyərində 70-dən çox kommersiya müqaviləsi imzalanıb. Bu müqavilələr süni intellekt və rəqəmsallaşdırma, nəqliyyat infrastrukturu, maliyyə, aqrar-sənaye kompleksi, maşınqayırma və digər yüksək texnologiyalı sənaye sahələrini əhatə edir.

Pərvanə Sultanova

 





16.07.2026    çap et  çap et