525.Az

Yeni Zelandiyada güclü zəlzələ


 

Yeni Zelandiyada güclü zəlzələ<b style="color:red"></b>

Bu gün Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Milli Agentliyi məlumat yayıb.

Zəlzələnin episentri Cənub adasındakı Te-Anau şəhərindən 40 km şimalda yerləşib.

Yeraltı titrəyişlərdən dərhal sonra yerli hakimiyyət orqanları sahil zolağında yaşayan əhaliyə ərazini təcili tərk etmələri barədə xəbərdarlıq edib. Buna səbəb sunami təhlükəsizdir. 

Qeyd edək ki, hələlik dağıntılar və itkilər barədə məlumat verilmir.

L.Tağıyeva

 





16.07.2026    çap et  çap et