525.Az

Bakıda açıq ərazidə yanğın başlayıb


 

Bakıda açıq ərazidə yanğın başlayıb<b style="color:red"></b>

Bakıda açıq ərazidə yanğın başlayıb.

525.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

 





16.07.2026    çap et  çap et