Nəriman Nərimanovun xatirə muzeyində “I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş məqalələr toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib.
525.az-a Muzeydən bildirilib ki, tədbirdə nəşrin məzmunu, elmi əhəmiyyəti, eləcə də I Türkoloji Qurultayın milli-mədəni irsin qorunması və türkoloji araşdırmaların inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb.
Çıxış edənlər I Türkoloji Qurultayın Azərbaycan və ümumtürk elmi fikir tarixində mühüm yer tutduğunu, türk xalqları arasında elmi, mədəni əlaqələrin möhkəmləndirilməsinə və türkoloji tədqiqatların inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıblar.
çap et