Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatları tarixində arzuolunmaz rekorda imza atıb.
525.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
41 yaşlı futbolçu mundialların pley-off mərhələsində oyundan qol vurmadan ən çox matça çıxan hücumçu olub. Ronaldonun aktivində bu göstərici üzrə 10 oyun var.
Təcrübəli forvard dünya çempionatlarının pley-off mərhələsində indiyədək cəmi 1 qol vurub. O, DÇ-2026-nın 1/16 finalında Xorvatiya ilə görüşdə (2:1) penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
çap et