525.Az

Argentinalılar ingilis qapıçı Pikforda məxsus qeyd vərəqini tapıblar


 

Argentinalılar ingilis qapıçı Pikforda məxsus qeyd vərəqini tapıblar<b style="color:red"></b>

Argentinalılar mundialın yarımfinalında İngiltərə - Argentina matçından sonra ingilis qapıçı Cordan Pikforda məxsus gizli qeyd kağızını tapıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kağız su qabında olub və masajçı Deddi D'Andrea tərəfindən aşkarlanıb.

Orada oyun sonrası penaltilər zərbəsi olacağı təqdirdə, argentinalıların topu hara vuracaqları ilə bağlı təxminlər yer alıb. 

Messi və komanda yoldaşları qeydlərlə tanış olublar. Məsələn, kağızda Messi ilə bağlı "özünü elə göstər ki, sola tullanırsan" yazılıbmış.

Deyilənlərə görə, bunu oxuduqda Messi gülümsəyib. Deyəsən, onunla bağlı qeyd doğru imiş.

Xatırladaq ki, yarımfinal matçında Argentina millisi hesabda geri olmasına baxmayaraq matçın sonlarında Messinin ötürmələrindən sonra 2 qol vuraraq finala vəsiqə qazanıb.

L.Tağıyeva

 





17.07.2026    çap et  çap et