Dünya çempionatının finalında İspaniya - Argentina matçını idarə edəcək hakimlərin adları açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 19-da İst-Raterforddakı "Metlayf" stadionunda keçiriləcək oyunda əsas söz sahibi sloveniyalı Slavko Vinçiç olacaq.
Ona həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyası iordaniyalı Adham Mahadmaya tapşırılacaq.
Ehtiyat hakim isə digər iordaniyalı Mohammad əl-Kalaf olacaq.
Qeyd edək ki, Slavko Vinçiç bu mudilada 3 oyun idarə edib: Braziliya - Mərakeş (1:1), İordaniya - Əlcəzair (1:2) və Meksika - Ekvador (2:0).
L.Tağıyeva
çap et