Küsü adasının cənubunda 5,2 bal gücündə güclü zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meterologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin episentri Taneqasima adasının qərbində, dəniz səthinin 40 km dərinliyində yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.
L.Tağıyeva
çap et