Bu ilin birinci yarısında Azərbaycandan xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib.
Bu barədə 525.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ixrac edilən qazın 5,9 milyard kubmetri Avropanın, 4,9 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri Gürcüstanın, 0,7 milyard kubmetri isə Suriyanın payına düşüb.
Məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 25,4 milyard kubmetr təbii qaz hasil edilib.
“Hasil edilmiş qazın 7,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,7 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 3,6 milyard kubmetri isə SOCAR-ın payına düşüb”, - məlumatda qeyd olunur.
çap et