“Taksilər sərnişindaşıma fəaliyyəti həyata keçirdiyinə görə bir sıra ölkələrdə onların xüsusi zolaqlarda hərəkətinə şərait yaradılır. Azərbaycanda da sərnişinlərin minib-düşməsi üçün müəyyən məntəqələr yaradılıb və bu, müəyyən qədər problemi həll edir. Lakin elə nöqtələr var ki, orada vəziyyət daha mürəkkəbdir. Taksi sürücüləri ya ikinci cərgədə dayanaraq sərnişin mindirib-düşürməli, ya da avtobus zolağına daxil olmalıdırlar ki, bu da cərimə ilə nəticələnə bilər".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a bildirib. Ekspertin sözlərinə görə, şəhərdə dayanma və durmanın qadağan edildiyi ərazilərin sayı kifayət qədər çoxdur:
"Bakıda və digər şəhərlərdə yol nişanlarının statistikasına baxdıqda görürük ki, ən çox istifadə olunan nişanlardan biri məhz dayanma və durmanı qadağan edən nişandır. Bu da həm sürücülər, həm də sərnişinlər üçün müəyyən çətinliklər yaradır”.
Sevinc Qarayeva
çap et