525.Az

Peskov Trampın seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı fikrinə münasibət bildirib


 

Peskov Trampın seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı fikrinə <b style="color:red"> münasibət bildirib</b>

“ABŞ prezidenti Donald Trampın Rusiyanı ölkədə keçirilən seçkilər üçün təhdid adlandırması kəşfiyyat orqanlarının sübutlarla təsdiqlənməyən və konkret mənbəyə əsaslanmayan məlumatlarına istinad edir”.

525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O xatırladıb ki, ABŞ-da aparılmış rəsmi araşdırmaların nəticələri Moskvanın hər hansı müdaxilədə iştirak etmədiyini göstərib.

“ABŞ prezidenti ölkəsinin kəşfiyyat orqanlarından alınan bəzi sübutu olmayan və əsassız məlumatlara istinad edir”, - Peskov deyib.

Kreml sözçüsü xatırladıb ki, Vaşinqton tərəfindən aparılan bütün araşdırmalar Rusiyanın ABŞ seçkilərinə heç bir şəkildə təsir etmədiyini göstərib.

Pərvanə Sultanova

 





17.07.2026    çap et  çap et