“Moskva və Bakı 2024-cü ilin dekabrında AZAL sərnişin təyyarəsi qəzasının nəticələri ilə bağlı bütün məsələləri tam həll ediblər”.
525.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı deyib.
"Bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar, hökumətlərimizin və nazirliklərimizin işi sayəsində 25 dekabr 2024-cü ildə AZAL sərnişin təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələləri həll etdik", - Lavrov bildirib.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan "Azerbaijan Airlines" şirkətinə məxsus "Embraer 190" təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38 nəfəri həlak olub.
2026-cı ilin aprelində Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı kompensasiya da daxil olmaqla, razılığa gəldiyini bildirib.
Pərvanə Sultanova
çap et