525.Az

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 faizdən çox artıb


 

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 291,5 milyon manat olub.

525.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 % çoxdur.

İndiyə qədər bölgədə 3 372 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xatırladaq ki, 6 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 15 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 114 501 ədəd yeni nəsil NKA quraşdırılıb.

 





17.07.2026    çap et  çap et