525.Az

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı


 

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı<b style="color:red"></b>

Bu gün Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.

525.az xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq. 

Tədbirdə əvvəlcə 1 və 2-ci dövrələrin, daha sonra isə 3-cü dövrənin püşkü atılıb

Yeni mövsümü startı isə avqustun 14-də olacaq. 

Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:

"Turan Tovuz" - ⁠"Qəbələ"

"Araz-Naxçıvan" - "İmişli"

"Kəpəz" - "Sabah"

"Şamaxı" - "Qarabağ"

"Sumqayıt" - Neftçi"

"Zirə" - "Şəfa"

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının son qalibi "Sabah"dır.

 





17.07.2026    çap et  çap et