"Bakı Metropoliteni" QSC-nin stansiya və tunellərində 6 müasir tipli ventilyator quraşdırılıb.
525.az-a bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, yeni nəsil ventilyatorlar Bakı metropoliteninin mikroiqliminə və geoloji xüsusiyyətlərinə uyğun istehsal olunub:
"Onlar temperaturun aşağı salınmasına imkan verir, stansiya və tunellər 2-3 dəfə daha çox təmiz hava ilə təmin edilir, dispetçer tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur, elektrik enerjisinə qənaət edir".
çap et