525.Az

"Bakı və Moskva münasibətlərin tam normallaşmasına nail olub” -  XİN başçısı


 

"Bakı və Moskva münasibətlərin tam normallaşmasına nail olub” - <b style="color:red"> XİN başçısı</b>

“Bakı ilə Moskva arasında münasibətlər müttəfiqlik əməkdaşlığı ilə xarakterizə olunur”.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Ölkələrimiz arasındakı münasibətlər müttəfiqlik əməkdaşlığı ilə xarakterizə olunur. Xalqlarımız arasında çox güclü, sıx əlaqələr mövcuddur ki, bu da öz növbəsində dövlətlərarası münasibətlərin təməlini təşkil edir", - C.Bayramov deyib.

XİN başçısı əlavə edib ki, Bakı və Moskva mürəkkəb mərhələni geridə qoyaraq ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə tam normallaşmasına nail olublar.

"Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə çətinliklərlə üzləşmişik. Məmnuniyyətlə qeyd edirik ki, biz, iki ölkə, bu çətin mərhələni dəyişə və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam normallaşdıra bilmişik", - nazir deyib.

Pərvanə Sultanova

 





17.07.2026    çap et  çap et