“Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh mövcuddur”.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Bu gün əminliklə deyə bilərik ki, Bakı ilə Yerevan arasında de-fakto sülh mövcuddur. Azərbaycan tərəfinin sülh təşəbbüsləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə əhəmiyyətli dərəcədə sürətləndirib və öz töhfəsini verib", - nazir qeyd edib.
Pərvanə Sultanova
çap et