“Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Sergey Overçuk sentyabr ayında görüşəcəklər”.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, tərəflər ticari- iqtisadi məsələləri müzakirə edəcklər.
"Müntəzəm təmasların davam etdirilməsinin vacibliyi və indiyədək əldə olunmuş nəticələr nəzərə alınaraq, cari ilin sentyabr ayında Azərbaycan və Rusiyanın Baş nazir müavinləri Şahin Mustafayev və Aleksey Overçukun bir sıra istiqamətlər üzrə məsələləri müzakirə etmək üçün görüş keçirməsi barədə ilkin razılıq əldə olunub", –Bayramov bildirib.
Pərvanə Sultanova
çap et