525.Az

"Vaqif Poeziya Günləri ildən-ilə daha da genişlənir" -  Nazir müavini


 

"Vaqif Poeziya Günləri ildən-ilə daha da genişlənir" - <b style="color:red"> Nazir müavini</b>

"Vaqif Poeziya Günləri Azərbaycan mədəniyyətinin zəngin tarixinə malik mühüm ədəbi-mədəni hadisələrdən biridir. Beş il əvvəl doğma Şuşada yenidən bərpa olunan bu poeziya bayramı ildən-ilə daha da genişlənir və əhatə dairəsini artırır".

Bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Ağdam Muğam Mərkəzində TÜRKSOY-un tərəfdaşlığı ilə təşkil olunan “Sözün sabahı - Türk dünyasının gənc şairlər festivalı”nda çıxışı zamanı səsləndirib.

Festival iştirakçılarına uğurlar arzulayan nazir müavini Şuşanın Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irsinin cəmləşdiyi əsas məkanlardan biri olduğunu vurğulayıb. Fərid Cəfərov qeyd edib ki, işğaldan azad olunan ərazilərdə hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri milli mədəniyyətimizin dirçəlişini bütün dünyaya aydın şəkildə nümayiş etdirir ("Azərtac").

 





17.07.2026    çap et  çap et