525.Az

Peşəkar mühasib imtahanları ilə bağlı güzəştlər müəyyənləşib


 

Peşəkar mühasib imtahanları ilə bağlı güzəştlər müəyyənləşib<b style="color:red"></b>

Nazirlər Kabineti “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib, güzəştlər müəyyənləşib.

525.az-ın xəbərinə görə, qərara əsasən, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad ediləcək:

- İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı;

- İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA -Association of Chartered Certified Accountants) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı.

 





17.07.2026    çap et  çap et