525.Az

Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB


 

Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb - <b style="color:red"> YENİLƏNİB</b>

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

525.az-a bu barədə FHN-dən məlumat verilib.

***

525.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.

 





18.07.2026    çap et  çap et