525.Az

Asim Xudiyevə UEFA-dan təyinat


 

Asim Xudiyevə UEFA-dan təyinat<b style="color:red"></b>

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.

 





18.07.2026    çap et  çap et