FHN-in Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside Resort” otelində “Yanğınların söndürülməsi və təxliyə” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilib.
525.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə FHN-in Şimal-Qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin, eyni zamanda otelin əməkdaşları iştirak ediblər.
Tədbirin nəzəri hissəsində otelin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Tədbirin praktiki hissəsində “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən otel personalının və qonaqların “təhlükəli ərazidən” təxliyəsi, “yanğın” yerində çevik “kəşfiyyatın aparılması və yanğının söndürülməsi” əməliyyatları simulyasiya edilib. Həmçinin, Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri oteldə “köməksiz vəziyyətdə qalmış” insanları xüsusi vasitələrlə “xilas ediblər”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
çap et