“Neftçi”nin Minsk “Dinamo”suna qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
525.az xəbər verir ki, qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq.
Ona Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.
Xatırladaq ki, iyulun 22-də "Palms Sports Arena"da baş tutacaq "Neftçi" - "Dinamo" matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.
çap et