525.Az

Sabah çimərliklərdə suyun temperaturunun 26 dərəcə olacağı gözlənilir


 

Sabah çimərliklərdə suyun temperaturunun 26 dərəcə olacağı gözlənilir<b style="color:red"></b>

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyulun 19-da mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

 





18.07.2026    çap et  çap et