525.Az

Ötən gün borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılıb


 

Ötən gün borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılıb<b style="color:red"></b>

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 111 nəfər saxlanılıb.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 





18.07.2026    çap et  çap et