525.Az

Gəmi kapitanının nəşi ölkəyə gətirilir - XİN


 

Gəmi kapitanının nəşi ölkəyə gətirilir - <b style="color:red"> XİN</b>

Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən 525.az-a məlumat verilib.

"Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində 17 iyul tarixində “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.

Mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Azərbaycana yola salınıb.

Dron hücumu nəticəsində həlak olmuş “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi tapılıb.

 





18.07.2026    çap et  çap et