525.Az

Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA


 

Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb - <b style="color:red"> FAKTİKİ HAVA</b>

Milli Hidrometeorologiya Xidmətinin iyulun 19-u saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

525.az-a Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7, Gədəbəydə 6, Tovuz, Ceyrançöldə 2, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar, Şahdağda 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 20 m/s-yə çatır.

 





19.07.2026    çap et  çap et