Tokio yaxınlığında yerləşən Asaka hərbi bazasında bu gün səhər güclü yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, quru müdafiə qoşunlarına məxsus bazada yaşanan fövqəladə vəziyyətlə əlaqədar əraziyə çoxsaylı yanğınsöndürmə briqadası cəlb olunub.
Yerli televiziyanın məlumatına görə, yanğın tullantılar olan ərazidə başlayıb. Yanğınsöndürənlər alovun yaşayış və inzibati binalara, həmçinin, hərbi sursat anbarına keçməsinin qarşısını almağa çalışırlar.
Qeyd edək ki, vəziyyətlə bağlı yaxınlıqdakı evlərin sakinlərinə yanğın olan əraziyə yaxınlaşmamaları tövsiyə edilib.
L.Tağıyeva
çap et