Argentina prezidenti Xavyer Miley millinin mundialın finalındakı məğlubiyyətindən sonra futbolçulara müraciət ünvanlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Miley bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Futbolçulara təşəkkür edirəm! Axıra kimi vuruşdular. Argentina həmişə zirvələrdədir!" - deyə, ölkə prezidenti milli komandaya dəstək nümayiş etdirib.
Xatırladaq ki, bu gecə keçirilən final matçında Argentina əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
L.Tağıyeva
çap et