İranın qərbində 4,5 və 4,9 bal gücündə 2 zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bundan bir qədər əvvəl isə Huzestan əyalətinin Saland şəhəri yaxınlığında 5 bal gücündə yeraltı titrəyişlər qeydə alınıb. Bu barədə isə İran Milli Seysmoloji Mərkəzindən məlumat verilib. 8 km dərinlikdə olan titrəyişlər Əhvaz, Əndimeşk və Dizful şəhərlərində hiss olunub.
Qeyd edək ki, dağıntı və tələfat barədə məlumat yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları əraziyə göndəriliblər.
L.Tağıyeva
çap et