ABŞ vitse-prezidenti Ceyms Vens dördüncü dəfə ata olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vens sosial şəbəkə hesabında paylaşım edib.
Vitse-prezident həyat yoldaşı Uşa Venslə yeni doğulan oğlan uşağına Alek Nil Vens adını verdiklərini də bildirib.
Qeyd edək ki, Ceyms Vens hind əsilli Uşa ilə 2014-cü ildə evlənib. Bu izdivacdan daha əvvəl cütlüyün 2 oğlu, 1 qızı dünyaya gəlib.
L.Tağıyeva
çap et